Yazın gəlişi ilə insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Bu da yaz yorğunluğu kimi özünü biruzə verir.

Moderator.az yaz yorğunluğunun səbəblərini təqdim edir.

Yuxusuzluq

Az yatmaq bizim sağlamlığımıza və diqqətimizi toplamağa böyük ziyan vurur. Yetkin insan sutka ərzində mütləq 7-8 saat yatmalıdır. Gündəlik yuxunuza fikir versəniz, bu yorğunçuluq tezliklə aradan qalxacaq. Yataq otağınızdan telefonları, planşetləri uzaq tutmağa çalışın.

 

Qeyri-sağlam qidalanma

 

Yaz aylarında orqanizmdə vitamin çatışmazlığı yaranır. Əgər siz zərərli ərzaqlarla və ya az miqdarda qidalansanız, o zaman  yuxunuzu da tam ala bilməyəcəksiniz. Bu da yaz halsızlığına  gətirib çıxaracaq. Sağlam qida rasionu qanda şəkər balansını qoruyaraq halsızlığı aradan götürür. Səhərlər mütləq qəhvəaltı edin. Gündəlik rasionunuzda zülal və gec həzm olunan karbohidratlara üstünlük verin.

 

Qan azlığı

 

Qadınlarda halsızlığın ən çox yayılan səbəblərindən biri də qan azlığıdır. Menstruasiya zamanı isə qadın orqanizmində dəmir çatışmazlığı anemiyası yaranır. Qırmızı qan hüceyrələri orqanizm üçün çox vacibdir. Çünki onlar qan hüceyrələrini oksigenlə təmin edirlər. Anemiya halsızlığa, tez yorğunluğa səbəb olur.

 

Depressiya

 

Heç kəsə sirr deyil ki, yaz aylarında insan depressiv, melanxolik hallarla tez-tez üzləşir. Depressiya ancaq emosional vəziyyət deyil, onun fiziki simptomları da var. Belə ki, əgər sizdə yorğunluq, tez-tez baş ağrıları, iştahsızlıq uzun müddət davam edirsə, bu depressiya ola bilər. Belə vəziyyətdə mütləq mütəxəssisə müraciət edin.

 

Qalxanvari vəzin funksiyası pozğunluğu

 

Qalxanvari vəzin hormonlarının azalması ilə yaranan hal hipotireoz adlanır. Bu zaman maddələr mübadiləsi pozulur, qəbul etdiyiniz qida enerjiyə çox gec çevrilir. Buda halsızlıq və yorğunluqla müşahidə olunur.

 

Həddən artıq kofein qəbulu

 

Gündəlik bir-iki fincan qəhvə sizin yorğunluğunuzu aradan götürəcək və günboyu gümrah olmağınıza kömək edəcək. Əgər siz bu normanı aşsanız, bu ürək döyüntülərinin çoxalmasına və qan təzyiqinin yüksəlməsinə gətirib çıxaracaq. Yüksək dozada kofein  hətta artmış neyro-refleks həyəcan sindromuna da yol açır. Son araşdırmalarda qəhvənin yorğunluğa səbəb olduğu da bildirilir.

 

Susuzluq

 

Yetərincə su içməyəndə orqanizm tam susuz qalır. Bu da daxili orqanların fəaliyyətinə çətinlik yaratdığına görə, halsızlıq, yorğunluq yaradır. İnsan orqanizminin 70% sudan ibarət olduğu üçün, orqanizmin gündəlik 1.5-2 l suya ehtiyacı var. Susuzluq həmçinin beynin fəaliyyəti üçün də çox zərərlidir. Əgər siz idmanla məşğul olursunuzsa, məşqdən 1 saat öncə 2 stəkan su için. Məşq zamanı da su içməyi unutmayın.