Genetik olaraq artan əzələ gücü müxtəlif xəstəliklərin inkişaf riskinin aşağı olması ilə əlaqələndirilir. Foodinfo.az xəbər verir ki, Helsinki Universitetinin alimləri bu qənaətə gəliblər. Onların araşdırması Journals of Gerontology Series A jurnalında dərc olunub.

Mütəxəssislər Finlandiyada yaşayan 342 443 nəfərin genetik və sağlamlıq məlumatlarını qiymətləndiriblər. İştirakçıların yaşları 40-108 arasında dəyişir və 53%-i qadınlardır.

Nəticələr göstərib ki, əzələ gücü, xüsusilə tutma gücü, yaşa bağlı xəstəlikləri qorumaq və onlarla mübarizə aparmaq üçün fərdin fizioloji resurslarını göstərə bilər.

Görünür ki, daha çox əzələ gücünə olan genetik meyl insanın qocalma zamanı baş verən patoloji dəyişikliklərə qarşı müqavimət və qorunma qabiliyyətini əks etdirir.

Beləliklə, yaşla bağlı xəstəliklərin riski (yaşla tutuş gücünün azaldığı bilinir) əl sıxma ilə müəyyən edilə bilər.