Bir vaxtlar məşhur olan ICQ messencerinin taleyini təkrarlamaq qorxusu "WhatsApp"ı digər sosial şəbəkələrdən nümunə götürərək inkişaf etməyə sövq edir. Belə ki, tezliklə xidmət "Telegram"ın təcrübəsindən yararlanaraq ödənişli abunəliklər tətbiq edə bilər.

 Foodinfo.az xəbər verir ki, bu proqnozu Sosial Şəbəkələr və Messengerlərin Peşəkar İstifadəçiləri Assosiasiyasının rəhbəri Vladimir Zıkov edib.

Ekspert xatırladıb ki, “WhatsApp” populyarlaşdıqdan sonra inkişaf etməyi və insanlar üçün faydalı, yeni funksiyaların tətbiqini dayandırıb. Hazırda isə şirkət təcili dəyişikliklərə ehtiyac olduğunu başa düşür. Artıq messencerdə xəbər kanalları peyda olub. Zıkovun fikrincə, premium abunəliyin tətbiqi sadəcə zaman məsələsidir.