Yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 976,7 milyon manat təşkil edib ki, onun da 929,9 milyon manatı heyvandarlıq, 46,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsindən Foodinfo.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,7 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 13,4 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.