Türkiyənin Ticarət Nazirliyi son aylarda qiyməti bahalaşan toyuq əti ilə bağlı tədbir görməyi və toyuq ixracına qadağa qoymağı planlaşdırır. Bu addım toyuq ətinin qiymətlərində tarazlığı qorumaq məqsədi daşıyır. Foodinfo.az xəbər verir ki, Türkiyə daxilində qırmızı ətin yüksək qiymət artımından sonra ağ ət qiymətlərində də oxşar tendensiya müşahidə olunub. Xüsusilə Ramazan ərəfəsində yenidən artan qırmızı ətin qiyməti vətəndaşların toyuq ətinə üz tutmasına səbəb olub. Lakin toyuq ətinin qiymətinin hədsiz artması vətəndaşların ət istehlakında çətinliklər yaşamasına səbəb olub.

Bu hadisələrdən sonra Ticarət Nazirliyi ağ ətin qiymətində hədsiz artımın qarşısını almaq üçün toyuq ixracına məhdudiyyətlər qoymağı planlaşdırır. CNN Türk TV-nin məlumatına görə, nazirlik bu addımı atmaqla toyuq ətinin qiymətlərində tarazlığa nail olmaq və vətəndaşların daha sərfəli qiymətlərlə əti istehlak etmələrini təmin etmək məqsədi daşıyır.

Toyuq ətinin bahalaşmasının ümumilikdə ərzaq inflyasiyasına təsir etdiyi və istehlakçıya mənfi təsir etdiyi müşahidə edilir. Ticarət Nazirliyinin bu addımı ilə toyuq ətinin bahalaşmasının qarşısını almaq və istehlakçıya daha sərfəli qiymətlər təklif etmək hədəflənib.