Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb. Foodinfo.az-ın APA-ya istinadən məlumatına görə, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında xəstəxanalardan birinin həyətinə gələrək, aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. İ.Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N.Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
- “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
- Qastronomiya üzrə "Qızıl Şah" Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- Bakıda keçirilən beynəlxalq sərgidə AQTİ-nin laboratoriyalarına virtual səyahət imkanı yaradılıb
- İspanağın faydaları nələrdir?
- Nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
- Bu içki dərinin elastikliyini qoruyub saxlamağa kömək edəcək