Xüsusi karantin rejimi dövründə evdən çıxmağı qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə sosial xidmətlərlə yanaşı, ehtiyacı olanlara ərzaq yardımları da edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, bu məqsədlə bir sıra qurumlar və şirkətlər tərəfindən, ümumilikdə, 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib. Hazırda həmin proses davam etdirilir. Ərzaq yardımlarının verilməsi respublikanın bütün bölgələrini əhatə edir.