Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 6-sı səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, küləyin maksimal sürəti Bakı, Xaçmaz və Sumqayıtda 22 m/s, Binə, Ələtdə 20 m/s, Zabrat, Maştağada 18 m/s, Pirallahıda 15 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib. Küləkli hava şəraiti aprelin 7-si səhərədək davam edəcək.
Sarıbaş (Qax), Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Biləsuvar və Kişçayda (Şəki) yağış yağıb.
Aprelin 9-dək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Son xəbərlər
- Nazir: Azərbaycanda həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir
- Niyə insanlar yuxuda danışırlar?
- "Mənfi" kalorili qidalar hansılardır?
- İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti aşkar edilib
- Azərbaycanda kənd təsərrüfatı və qida sərgisi keçirilir
- Yuxu üçün ən yaxşı və ən pis qidalar