Ümumdünya Bankının yeni araşdırmasına görə, qlobal iqtisadiyyat onillik artımı itirmək riski altındadır. Cari maliyyə böhranı qlobal tənəzzülə səbəb olarsa, bu itki daha da ağır ola bilər. 


Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir. 


Beynəlxalq təşkilat xəbərdarlıq edib ki, COVID-19 pandemiyası və Rusiyanın Ukraynaya hücumu iqtisadi göstəricilərə uzunmüddətli zərər vurub. Bu isə öz növbəsində insanların həyat səviyyəsinin artması, yoxsulluğun aradan qaldırılması və iqlim dəyişikliklərinə yönəlmiş səyləri ağır duruma salıb.

Fərid