
Nektarin şaftalıya bənzəyən, lakin qabığı hamar olan şirəli və ləzzətli bir yay meyvəsidir. Tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində sağlamlıq üçün çoxsaylı faydalara malikdir.
Foodinfo.az nektarinin əsas faydalarını təqdim edir:
1. İmmuniteti gücləndirir
Tərkibindəki C vitamini sayəsində orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, bədəni xəstəliklərdən qoruyur.
2. Həzm sistemini yaxşılaşdırır
Yüksək lif tərkibi bağırsaq fəaliyyətini tənzimləyir, qəbizlik problemini azaldır və həzmi asanlaşdırır.
3. Xolesterolu azaldır
Təbii antioksidantlar (polifenollar, beta-karoten və s.) damarları qoruyur, pis xolesterolu aşağı salmağa kömək edir.
4. Göz sağlamlığını qoruyur
A vitamini və beta-karotenlə zəngin olduğu üçün göz torluğunu qoruyur və görmə qabiliyyətini dəstəkləyir.
5. Ürək-damar sistemini dəstəkləyir
Kalium və C vitamini ürək əzələsinin normal işləməsinə kömək edir, qan təzyiqini tənzimləyir.
6. Dərinin gözəlliyini qoruyur
Antioksidantlar dərinin elastikliyini artırır, qırışların qarşısını alır və dərini qidalandırır.
Şəkərli diabeti olanlar miqdarına diqqət etməlidirlər, təbii olsa da, bu meyvənin şəkəri yüksəkdir.
Həddindən artıq istehlak mədə turşuluğunu artıra bilər.