Dəriyə qulluq ətraflı araşdırma tələb edən vacib məsələlərdən biridir. Dəri problemlərinə görə dəyişən baxım kliniki məhsulların köməyi ilə həm gözəllik mərkəzlərində, həm də evdə həyata keçirilə bilər. Dəriyə qulluq üçün müxtəlif təbii üsullar var. Dərinizə uyğun təbii üsul tətbiq etdiyiniz zaman həm pula qənaət etmiş olursunuz, həm də kimyəvi maddələrə məruz qalmırsınız.

Foodinfo.az xəbər verir ki, şişkinliyi azaltmaq və ya mədəni sakitləşdirmək üçün yeməkdən sonra az qala hər kəs tərəfindən üstünlük verilən mineral su dəri üçün ən təsirli təbii üsullar arasındadır.

Mineral su genişlənmiş məsamələri sıxaraq dərinin hamarlanmasına birbaşa təsir edir. Ən əhəmiyyətli özəlliyi ləkə çıxarma xüsusiyyəti sayəsində sızanaq və ya fərqli xarici faktorların səbəb olduğu dəri ləkələrinin öhdəsindən gəlməsidir.

Mineral suyu dondurub ləkələnmiş nahiyəyə müntəzəm olaraq masaj hərəkətləri ilə tətbiq etdikdə ləkələrin yavaş-yavaş azaldığını görmək mümkündür.

Eyni zamanda mineral su pambıqla üz nahiyəsinə çəkildikdə təmizləyici təsiri ilə dərini kirdən təmizləyir. 

Üzün kənarlarında gülmə nəticəsində yaranan kiçik xətlərin aradan qaldırılmasına da müsbət təsir edir.