Bu ilin ilk üç ayında ölkəyə 122,5 min ton meyvə-tərəvəz idxal olunub. Foodinfo.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri isə 68,2 milyon dollar təşkil edib. Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında ölkəyə 61,2 milyon dollarlıq 115,1 min ton meyvə-tərəvəz idxal olunub.