Mart ayında fevralla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 101,2 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 102,3 faiz, heyvandarlıq məhsulları üzrə 100,3 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən Foodinfo.az-a bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 101,4 faiz təşkil olub.