Bakıda marketdə oğurluğa cəhd edilib. Foodinfo.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində Nizami rayon, Tofiq Abbasov küçəsində yerləşən "OBA market"də qeydə alınıb. Belə ki, Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Sahib Xudaverdi oğlu marketdən oğurluq etmək istəyən zaman Nizami Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb və müvafiq polis bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.