Limonun faydaları haqqında çox şey məlumdur, lakin limon qabığının da mühüm faydaları olduğunu bilirdinizmi? Limon qabığı antioksidantlar, minerallar və limonun tərkibində olan digər qidalarla zəngindir. 

Foodinfo.az limon qabığının faydalarını təqdim edir:

1. Həzm sistemi üçün faydalıdır: Limon qabığı həzm sisteminin düzgün işləməsinə kömək edir. Qabıqda olan liflər həzm prosesini yaxşılaşdırır və həzm problemləri ilə mübarizə aparır. Bundan əlavə, limon qabığı mədə yanması və qaz kimi həzm problemləri üçün də faydalıdır. 

2. İmmunitet sistemini gücləndirir: Onun qabığı C vitamini ilə zəngindir. Vitamin C immunitet sistemini gücləndirən vacib bir antioksidandır. Yeməklərə limon qabığı tökməklə və ya ondan çay dəmləməklə bədəninizi xəstəliklərdən qoruya bilərsiniz.

3. Pis xolesterolu azaldır: Tərkibindəki polifenollar sayəsində pis xolesterini aşağı salır və ürək sağlamlığını qoruyur. Balıq və ya salatlarınıza limon qabığı əlavə edərək bu faydalardan yararlana bilərsiniz.

4. İltihab əleyhinə təsirə malikdir: Limon qabığı antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri sayəsində bədəndəki iltihabı azaldır və oynaq ağrısı kimi problemlərə yaxşı təsir edir.

5. Sızanaq və ləkələrlə mübarizədə təsirlidir: Tərkibindəki limon turşusu dəridəki sızanaq və ləkələrə qarşı təsirlidir. Limon qabığından maska hazırlamaqla dəriniz üçün təmizləyici və parlaqlıq effekti əldə edə bilərsiniz. 

Limon qabığını orqanik və təmiz şəkildə istehlak etməyə diqqət etmək vacibdir.