Çində koronavirusdan dünyasını dəyişən xəstənin ağciyərlərinin görüntüləri paylaşılıb. Foodinfo.az xəbər verir ki, fotolarda ağciyərin ciddi şəkildə zədələndiyi müşahidə olunur. Türkiyəli professor Erhan Tenekecioğlu izləyiciləri ilə bölüşdüyü görüntülərə belə şərh verib: “Bu xəstə Çindəndir. 66 yaşı var. Uzun müddət siqaret çəkib. Ağciyərləri ciddi dərəcədə zədə görüb və bu səbəbdən transplantasiya əməliyyatı keçirilib”. (Publika.az)