İstanbulun Sultanqazi rayonunda komendant saatı açıq olan marketə basqın olub. Foodinfo.az “Report”a istinadən bildirilib ki, polis müştəriləri marketdən çıxarıb. Asayiş keşikçiləri market sahibi və 7 nəfərin hər birini 3 min 150 TL (450 ABŞ dolları) məbləğində cərimə edib. Dükan sahibi isə ifadəsində müştərilərin içəri zorla daxil olduğunu deyib. Qeyd edək ki, aprelin 11-dən Türkiyənin 31 əyalətində 48 saatlıq komendant saatı elan edilib.