Kaliforniya Universitetinin alimləri, 20-ci əsrdə insanlarda beyin artımını sənədləşdirib. JAMA Neurology-də dərc olunan araşdırmaya görə, 1970-ci illərdə doğulan insanlar 1930-cu illərdə doğulanlara nisbətən 6,6 faiz daha çox beyin həcminə və təxminən 15 faiz daha çox beyin səthinə malik olub.

Tədqiqatçılar ürək-damar və digər xəstəliklərin nümunələrini təhlil etmək üçün 1948-ci ildə Massaçusets ştatının Framingham şəhərində başlayan Framingham Heart Study (FHS) iştirakçılarının beyin maqnit rezonans görüntüləməsindən (MRT) istifadə etdilər.

MRT taramaları 1999-2019-cu illər arasında 1930-1970-ci illər arasında doğulmuş insanlar üzərində aparılıb.

Leyla