Yaşlanma təbii proses hesab olunur. Yaşlandıqca dərinizin görünüşü də dəyişir. Çünki vücudunuzun kollagen istehsalı azalır.

Foodinfo.az xəbər verir ki, kollagen istehsalı azaldıqda, qırışlar və incə xəttlər daha çox görünür. Bəzən gənc yaşda belə dərinizdə qırışlar görünə bilər. Bunun qarşısını almağın ən yaxşı yollarından biri müntəzəm dəriyə qulluq etmək və dərini günəş şüalarının zərərli təsirlərindən qorumaqdır. Düzgün və balanslı qidalanmaqla, stressdən uzaq durmaqla, dəri tipinizə və ehtiyaclarınıza uyğun qulluq etməklə, dərini günəş şüalarının zərərli təsirlərindən qorumaqla dərinin qocalmasının qarşısını ala bilərsiniz. Bütün bunların yanında təbii üsullardan da dəstək almaq olar. 

Kəklikotu yağı son illərdə dəriyə qulluqda məşhurlaşan təbii yağlardan biridir. Kəklikotu yağı bir çox sağlamlıq problemlərinə də yaxşı təsir edir. Gecə yatmazdan əvvəl pambıqla təmiz üzə çəkilən kəklikotu yağı tonik kimi fəaliyyət göstərir və dərini dərindən təmizləyir. Dəriyə vurulan kəklikotu yağı da dərini qara nöqtələrdən və sızanaqlardan təmizləməyə və dəridəki qırışları aradan qaldırmağa kömək edir.