“Ürək-damar sistemi xəstəlikləri olan pasiyentlər xüsusilə oruc tutarkən diqqətli olmalıdırlar”.

Foodinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-kardioloqu Mehriban İsgəndər bildirib.

O, hansı hallarda ürək-damar sistemi xəstəlikləri olan pasiyentlərə oruc tutmağın zərərli ola biləcəyindən söz açıb:

“Ağır dərəcəli ürək çatışmazlığı, xüsusən də ürəyin atım fraksiyası, yəni yığılma gücü 30%-dən aşağı olan, ürəyin mexaniki dəstəkləyici cihaza və ya transplantasiyaya ehtiyacı olan, ürək çatışmazlığına bağlı sidik qovucular qəbul etmək ehtiyacı olan, qan təzyiqi dərman vasitəsilə nizamlanmayan, gün ərzində kriz şəklində təzyiqi yüksələn, son 1 ay ərzinda miokard infarktı keçirmiş, tac damarlarına stent yerləşdirilmiş və ya şuntlama əməliyyatı etdirən, qeyri-stabil ürəyin işemik xəstəlikləri olan, ciddi elektrolit pozğunluğuna bağlı aritmiyaları olan pasiyentlər üçün oruc tutmaq təhlükəli ola bilər. Qalan digər hallarda pasiyentlər həkim-kardioloqla məsləhətləşdikdən sonra oruc tuta bilərlər”, - deyə həkim qeyd edib.