Mütəxəssislər bəzi qidaların böyrək daşlarının əmələ gəlməsinə səbəb olduğunu aşkar ediblər. Böyrək daşı çox ağrılı və çətin prosesdir. Bu daşlara səbəb olan qidalar gündəlik pəhrizdən xaric edilməlidir. 

Gecələr şiddətli ağrı ilə yuxudan oyandıran böyrək daşı problemi bəzən həyatı kabusa çevirir. Böyrək daşları həddindən artıq duz, şəkər və turşulu qidaların böyrəklər tərəfindən süzülməməsi və olduğu yerdə yapışıb qalması nəticəsində əmələ gəlir.

Qeyri-sağlam qidalanma vərdişləri, oturaq həyat tərzi, artıq çəki, kifayət qədər maye qəbul edilməməsi və həddindən artıq duz istehlakı böyrək daşlarının əmələ gəlməsinə səbəb olan mühüm faktorlar hesab olunur. Kişilərin 12% və qadınların 6% -ində meydana gələn böyrək daşları müalicə edilmədikdə böyrək funksiyalarını pozaraq həyati təhlükə yarada bilər.

Bəs hansı qidalar böyrək daşlarına səbəb olur?

 Foodinfo.az böyrək daşlarının əmələ gəlməsinə səbəb olan qidaları təqdim edir.

Oksalat böyrək daşlarının əsas komponentlərindən biridir. Tərkibində yüksək oksalatlar olan qidalar daş əmələ gəlməsi riskini artırır. İspanaq, çuğundur, kakao və şokolad kimi qidalarda oksalatlar çox olur.

Heyvan zülalının həddindən artıq qəbulu sidikdə kalsium, sidik turşusu və oksalatların səviyyəsini artırır. Bu da böyrək daşının əmələ gəlmə riskini artırır. 

Yüksək duzlu pəhriz sidikdə kalsium səviyyəsini artıra və böyrək daşlarının əmələ gəlməsinə kömək edə bilər.

Şəkərli içkilər sidik turşusunun səviyyəsini artırır və yüksək fruktoza tərkibinə görə böyrək daşı riskini çoxaldır. 

Həddindən artıq C vitamini qəbulu sidikdə oksalatların yığılmasını və böyrək daşlarının əmələ gəlməsi riskini artıra bilər.