Cari ilin fevralın 20-dən martın 19-na qədər dünyada koronavirusa 3,7 milyon insan yoluxub. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. 

Qeyd olunub ki, dünyada koronavirusdan ölüm halları əvvəlki 28 günlə müqayisədə 46 faiz aşağı düşüb. Bu dövrdə yoluxma sayı isə 31 faizə qədər azalıb. 

Xatırladaq ki, Son 28 gündə dünyada ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda növbəti pillələri Rusiya, Çin, Yaponiya və Almaniya tutublar.

Fərid