Əksər evdar xanımlar evdə biskvit, müxtəlif şirniyyatlar bişirməyi çox sevirlər. Foodinfo.az bu dəfə sizə dadlı biskvit reseptini verir. Tərkibi: 2 yumurta 6 qaşıq şəkər tozu 7 qaşıq qatıq (3/4 st ) 1/2 st iysiz bitki yağı 1/2 ç.q soda 1/2 paket şəkərli vanilin 2-3 qaşıq xırdalanmış qoz ləpəsi 2 qaşıq kişmiş 3-4 ədəd xurma 2 st un Hazırlanması: Yumurtaları və şəkər tozunu qarışdırırıq. Üzərinə sodanı biraz qatıqda söndürürük və qatığı,vanili və bitkiyağını da əlavə edib qarışdırırıq, qoz ləpəsini bıçaqla xırda doğruyuruq,kişmişi qaynar suda isladıb 15-20 dəqiqə yumşalmasını gözləyirik və onu da bıçaqla lap xırda doğruyuruq ,xurmaları da tumundan ayırıb xırdadoğruyuruq və qarışıma əlavə edirik və onların xəmirin hər yerinə qarışmasına diqqət edirik və sonda unu da əlavə edib qarışdırırıq və bişirəcəyimiz qaba töküb 175'də təxminən 30-45 dəqiqə bişiririk. Mən istiyə davamlı şüşə qabda bişirirəm,əvvəlcə alt hissədə qoyuram üstü bərkiyib azca rəngi tündləşmək istəyəndəüstə qoyuram və sonda çubuqla içinin bişməsini yoxluyuram , diametri 28-34 sm olan qablarda bu ölçülərlə bişirə bilərsiz tam gedir. Nuş olsun! Reseptlə hazırlasaz mütləq mənə də göndərin şəklini və fikrinizi yazın mənə bəyəndiz yoxsa yox , mən də həvəsdən düşməyim,hərdən paylaşımlarımın boş-boşuna olduğunu düşünürəm Nuş olsun!