Bakıda ölüm hadisəsi baş verib. Foodinfo.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə aprelin 5-i paytaxtın Xətai rayon ərazisində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Ağabala Məmmədbəyov spirtli içki aludəçisi olduğu üçün metil spirt içərək zəhərlənib. Xəstəxanaya çatdırılan A.Məmmədbəyov orada ölüb. Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.