Ötən ay metil spirtindən zəhərlənmə ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 13 nəfər müraciət edib. Foodinfo.az xəbər verir ki, bu barədə Trend-ə şöbə müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, zəhərlənənlərdən 8 nəfər dünyasını dəyişib: "Bu müddət ərzində dəm qazından 11 nəfər zəhərlənib. Onlardan 3 nəfər xəstəxanaya stasionar qəbul edilib, 8 nəfər isə ambulator müayinədən sonra evə buraxılıb. Mart ayında 3 nəfər sirkə turşusundan zəhərlənib, 6 nəfər isə allergik reaksiya ilə əlaqədar xəstəxanaya qəbul olunub. Həmin şəxslərdən ölən olmayıb".