2020-ci ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 126,6 min ton ət, 475,6 min ton süd, 485,3 milyon ədəd yumurta istehsal edilib. Dövlət Statistika Komitəsindən (DSK) Foodinfo.az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 9,7 faiz artıb. 2020-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə 8386 min baş qoyun və keçi, 2658,3 min baş iribuynuzlu mal-qara və 5583 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,3 faizini inək və camışlar təşkil edir. Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 19,1 min ton (keçən il 18,4 min ton) quş əti və 214,8 milyon ədəd (keçən il 176,5 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə, bu müəssisələr üzrə cəmi quşların sayı 13311,7 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 50 ədəd yumurta alııb.