2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 656,4 milyon manat təşkil edib. Foodinfo.az-ın məlumatına görə, kənd təsərrüfatı məhsullarının 629,0 milyon manatı heyvandarlıq, 27,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 12,7 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb. Təsərrüfatlarda yanvar-fevral aylarında 31,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 15,7 faiz çox tərəvəz məhsulları istehsal edilib. 2020-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 82,9 min ton ət, 309,7 min ton süd, 315,7 milyon ədəd yumurta istehsal edilib, 2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,9 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 11,6 faiz artıb.
Son xəbərlər
- KOBİA: KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlar kənd təsərrüfatı və qida sənayesidir
- Baş nazirin müavini: Azərbaycan məhsulları Belarusda rəğbətlə qarşılanır
- Nazir: Azərbaycanda həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir
- Niyə insanlar yuxuda danışırlar?
- "Mənfi" kalorili qidalar hansılardır?
- İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti aşkar edilib