Astarada balıq kombinatından nərə balıqları oğurlanıb.

Foodinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qapıçıməhəllə kəndində yerləşən “Astara FİSH” MMC-yə məxsus ərazisə baş verib. Kombinat ərazisindəki hovuzdan hər birinin dəyəri 100 manat olan 200 ədəd nərə balığı naməlum şəraitdə oğurlanıb.

Şirkət rəhbərliyi hadisə ilə bağlı Astara RPŞ-yə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.