Zoğal fevral-mart aylarında çiçək açan qırmızı meyvədir. Məhsul yığımı iyul-oktyabr ayları arasında aparılır. Payız aylarında piştaxtalarda olan zoğal ilə ləzzətli mürəbbə hazırlayıb ilboyu ondan dadmaq olar. 

  Foodinfo.az zoğal mürəbbəsinin hazırlanma qaydasını təqdim edir. 

Lazım olanlar:

1,5 kq zoğal

 1 kq şəkər

 1-2 damcı limon suyu

 1-2 ədəd limon duzu 

 1/2 fincan su

Hazırlanma qaydası:

Zoğallar yuyulur. Qazanda olan zoğallara şəkər əlavə edilir və bir gecə elə vəziyyətdə saxlanılır. Ertəsi gün su əlavə edilərək qaynadılır. Zoğal yumşalıb mürəbbə konsistensiyasına çatdıqda, limon suyu və limon duzu əlavə edin. Sonra bankalara tökərək saxlaya və ya bişən kimi yeyə bilərsiniz.