Qırmızı kələm (bəzən bənövşəyi kələm də deyilir) təkcə rəngi ilə deyil, ürəyə faydalı təsirləri ilə də tanınır. Bu tərəvəz antioksidantlarla, liflə, vitaminlərlə və minerallarla zəngin olduğuna görə, ürək-damar sağlamlığı üçün olduqca faydalıdır. 

Foodinfo.az qırmızı kələmin ürəyə olan faydalarını təqdim edir:

1. Antioksidantlarla zəngindir

Tərkibindəki antosiyaninlər ona qırmızı-bənövşəyi rəng verir və antioksidantlar isə ürək damarlarını qoruyur. Bu maddələr damar sərtliyinin (ateroskleroz) qarşısını alır, qan dövranını yaxşılaşdırır.

2. Xolesterolu tənzimləyir

Qırmızı kələmdəki həll olunan lif bədəndəki artıq xolesterolu bağırsaqlardan xaric edir. Bu da pis xolesterolun (LDL) azalmasına kömək edir və ürək xəstəlikləri riskini azaldır.

3. İltihab əleyhinə təsir göstərir

Müntəzəm istifadə damar divarlarında iltihablanmanı azaldır, bu da infarkt və insult riskini aşağı salır.

4. Qan təzyiqini tənzimləyir 

Kaliumla zəngindir, bu da damarları rahatladaraq yüksək təzyiqin qarşısını alır.

5. K vitamini ilə qan dövranına dəstək

K vitamini qanın laxtalanmasında və damar sağlamlığında mühüm rol oynayır.

Qırmızı kələm ürək sağlamlığını qorumaq üçün təbii, ucuz və güclü bir qidadır. Xüsusilə iltihab və xolesterol problemi olan insanlar üçün gündəlik rasionda yer alması tövsiyə edilir.