Bədən üçün gündəlik kifayət qədər su içmək immun sisteminin düzgün işləməsində vacib rol oynayır. Foodinfo.az xəbər verir ki, Amerika dietoloqu Dr. Mark Hyman “Medical News Today” portalına açıqlamasında, suyun bədəndə toksinlərin xaric olunmasına, hüceyrələrin yenilənməsinə və infeksiyalara qarşı mübarizəyə kömək etdiyini bildirib.

O, gün ərzində ən azı 8 stəkan su içməyi tövsiyə edir və əlavə edib ki, kifayət qədər maye qəbulu enerji səviyyəsini də artırır. Dr. Hyman qeyd edib ki, su çatışmazlığı yorğunluq və immunitetin zəifləməsinə səbəb ola bilər.