Çiyələyin düzgün vaxtda istehlakı orqanizm üçün daha faydalı ola bilər. Foodinfo.az bildirir ki, bu barədə tibb elmləri doktoru, endokrinoloq Zuxra Pavlova kp.ru saytına açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, çiyələk tərkibində yüksək miqdarda sadə karbohidrat – qlükoza və fruktoza ehtiva edir. Bu səbəbdən onu günün ilk yarısında, xüsusilə səhər və günorta saatlarında qəbul etmək tövsiyə olunur.

Pavlova vurğulayıb ki, günün sonuna yaxın, xüsusilə saat 16:00-dan sonra giləmeyvə yemək insulin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu isə metabolik pozuntulara gətirib çıxara bilər.

O, həmçinin qeyd edib ki, çiyələk əsas yeməkdən sonra desert kimi istifadə edildikdə daha uyğun sayılır. Həkim gündəlik porsiya olaraq beş-altı iri və ya yeddi-səkkiz kiçik giləmeyvə yeməyi tövsiyə edir.

Ekspert çiyələk istehlak edərkən onun təbii və pestisidsiz olmasına da diqqət yetirməyi vacib sayır.