Ekspertlər bamiyə bitkisinin ürək sağlamlığı üçün əhəmiyyətini vurğulayırlar.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Qeyd olunur ki, bu bitkinin həftədə ən azı bir dəfə qəbul edilməsi infarkt və iflic riskini azaldır. Bu məhsulun tərkibindəki polifenollar xolesterol səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır. 

Dietoloqlar bu xüsusiyyəti sayəsində bamiyənin badımcanla birlikdə yeyilməsini tövsiyə edirlər.

Leyla