Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Elvin Vahid oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı kustar üsulla hazırlanmış, etiketində yanlış məlumatlar qeyd edilən saxta alkoqollu içkilər aşkarlanıb.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

27 ədəd “Organic Premium”, 79 ədəd “Axcy”, 31 ədəd “N1 Organic” əmtəə nişanlı saxtalaşdırılmış alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.