Ölkənin tanınmış idman nəşrlərindən biri olan “Sportsman” jurnalı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə minifutbol üzrə milli komandamızın dünya çempionu adını qazanmasına həsr olunmuş xüsusi buraxılış nəşr edib. Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə çap olunan jurnalın üz qabığında şirkətin adı və loqosu əks olunub.

Göstərdiyimiz dəstək nəticəsində bu yüksək nailiyyəti qazanan milli komandanın uğuru Şirkətlər Qrupu olaraq bizi son dərəcə qürurlandırır. Jurnalda Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun və milli komanda üzvlərinin Prezident İlham Əliyev tərəfindən qəbul olunması, eləcə də qələbə münasibətilə təbrik edilmələri ilə bağlı məlumat və fotolar yer alıb.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Artıq bir ilə yaxındır ki, Şirkətlər Qrupu və “Avrora Qrup” Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol klubunun ortaq sahibləri kimi fəaliyyət göstərirlər. Sözügedən klub Yüksək Liqada bürünc medal qazanaraq mühüm uğura imza atıb.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” Supermarketlər Şəbəkəsi isə “Araz-Naxçıvan” adlı peşəkar futbol klubunun əsas sponsorlarından biridir. Sevindirici haldır ki, “Araz-Naxçıvan” klubu builki milli çempionatda bürünc mükafata layiq görülüb və ölkəmizi Avroliqada təmsil edəcək.