"Udqunanda boğazımda ağrı olur, loxmalar boğazımda qalır, yaxşı udquna bilmirəm, boğulma hissi olur". Xüsusilə pandemiyadan sonra bu şikayətlərlə müraciət edən xəstələrin sayı artdı".
Foodinfo.az xəbər verir ki, bu sözləri qastroenteroloq-hepatoloq Nazlı Qasımova deyib. Bildirib ki, bu şikayəti olan xəstələri mütləq müayinə etdikdən sonra qərar vermək lazımdır.