"Apple" şirkətinin qurucusu Stiv Cobs texnologiya tarixində silinməz bir iz qoyub.

 Foodinfo.az xəbər verir ki, onun əli ilə yazılmış "Apple-1"in reklam elanı bu yaxınlarda hərracda astronomik məbləğə - 175 759 dollara satılıb.

Hazırda bu əlyazma tarixin ən bahalı kağız parçası hesab olunur.

Reklam elanı "Apple-1"in rəsmi buraxılışından cəmi bir neçə ay öncəyə, 1976-cı ilin martına aiddir. Burada Cobs kompüteri "tək lövhədə (platada) tam sistem" kimi təsvir edir, onun 8 KB operativ yaddaş, daxili klaviatura və televizora qoşulmaq üçün videoçıxış kimi xüsusiyyətlərini sadalayır.

Bu nadir artefakt sadəcə reklam vərəqi deyil, Stiv Cobsun personal kompüterlərin inkişafında tarixi əhəmiyyətinin və təsirinin sübutudur.

Həmçinin, bu reklamın 175 min dollardan baha qiymətə satılması da onun tarixi əhəmiyyətinin təsdiqidir. Ona görə də sözügedən kağız parçası uzun illər kolleksiyaçılar və tarixçilər tərəfindən dəyərləndirilib saxlanılacaq.