Cəbhə xəttində Qarabağı azad etmək uğrunda döyüşlər başlayandan Azərbaycan xalqı ordusuna, əsgərinə dəstəyini bacardığı şəkildə göstərir. Ucarda magistral yolun kənarında qoyulan piştaxta da belə dəstək nümunələrindən biridir. Müxtəlif meyvələr, şirniyyatlar, su yığılmış piştaxtaya “əsgər payı” yazısı vurulub. Belə ki, bu məhsullar orduya döyüşməyə yollanan hərbçilərimiz üçün pay kimi nəzərdə tutulub. Sosial şəbəkələrdə yayılmış görüntüləri təqdim edirik: