SARS-CoV-2 koronavirusa yoluxan zaman antibiotik qəbulu xəstənin vəziyyətini ağırlaşdıra və ciddi fəsada səbəb ola bilər.
Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu qərara Xuaçjun universitetinin alimləri apardıqları araşdırma zamanı gəliblər.
Araşdırma çərçivəsində mütəxəssislər COVID-19-a yoluxan və ağır siptomlar yaşamayan 1613 xəstənin vəziyyətini müşahidə edib.
Onlar xəstəxanaya bakterial–infeksiyanın aşağı riski ilə gətiriliblər. Onlar iki qrupa ayrılıb. Biri müalicə üçün antibiotik qəbul edir.
30 günlük müşahidənin sonunda xəstələrin yarısında ağırlaşma müşahidə edilib. Antibiotik qəbul edən qrupda ağırlaşma gözləniləndən daha çox olub.
Beləliklə, antibiotiklər xəstəliyin inkişafına, xəstəxanada uzun müddət qalmasına (15 gündən çox) və ikincili infeksiyaların inkişafına səbəb olub. Müşahidələr zamanı ölümün artması qeydə alınmayıb.
Bu səbəbdən də alimlər ağır olmayan COVID-19 xəstələrinə, zəruri ehtiyac olmadığı təqdirdə, xüsusən də ilkin mərhələdə antibiotik qəbulundan imtina etməyi tövsiyə edir.
Son xəbərlər
- Yeməkləri birdəfəlik qablarda qızdırmaq təhlükəlidirmi?
- COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib
- Mayın 21-i Beynəlxalq Çay Günüdür
- Bu əlamət diabeti göstəricisi ola bilər
- Ən yaxşı qəlyanaltı: Hər gün xurma yeyin ki...
- Ötən il idxal edilən 49 əkin və səpin materiallarında zərərli orqanizmlər aşkarlanıb