Xaçmazda 1994-cü il təvəllüdlü İlkin Feyzullah adlı sakin səhhətindəki problemlə bağlı Xaçmaz rayon xəstəxanasına müraciət edir.
 
Müəyyən müayinələrdən sonra onu müalicə üçün Bakıya,Respublika Klinik xəstəxanasına göndəriş verirlər.
Göndərişdə yazılanlar isə xəstəni şoka salıb.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, imzalı möhürlü sənəddə İlkinə şəkərsiz diabet şübhəsi diaqnozu qoyulub və o hamiləliyi başa çatdırmaq üçün Mirqasımov adına xəstəxanaya göndərilir.
İlkin Feyzullah məsələni Mirqasımov adına xəstəxanada araşdıracağını bildirib.
Ehtimal olunur ki, Xaçmaz xəstəxanasında bu xəstənin məlumatı hazır sənədin üzərinə, digər xəstənin məlumatları pozulmaqla yazılıb və hamiləlik sözü unuduaraq bu sənəddə qalıb.