Tərkibi:
1 kiloqram heyva, quru şüyüd çubuğu, sarımsaq, sirkə, duz
Hazırlanma qaydası:
Heyvaları yuyuruq, dilimlərə ayırıb, içini təmizləyirik. Sonra strelizə olunmuş butulkaya sarımsaq, şüyüd çubuğu və dilimlənmiş heyva atırıq. Hər butulkaya 1 çay qaşığı yarım duz əlavə edirik. Suyu qaynadıb butulkaları doldururuq. Sonra qazana isti su töküb butulkaları yerləşdirik. Turşunu 15 dəqiqə qaynadıb içərisinə 1 çay qaşığı sirkə əlavə edirik. Sonra qapağını möhkəm bağlayıb sərin yerdə saxlayırıq.
Nuş olsun!
Son xəbərlər
- Ağrıkəsici bitkilər hansılardır?
- Ürək bulanmasına nə yaxşı təsir edir?
- Balıq yeyərkən nəzərə alınmalı məqamlar
- Təxirə salma vərdişi olan insanların tipik xüsusiyyətləri açıqlandı
- Ağ və açıq rəngli geyimlər ağcaqanadları uzaq saxlayır
- Liflə zəngin 7 qida sağlam həzmin açarıdır – rasionunuza mütləq əlavə edin






