Böyük Britaniyada “fast food”un içindən tibbi maska çıxıb.
Publika.az "Sondakika"ya istinadla xəbər verir ki, britaniyalı ailənin aldığı toyuq qızartmasının içində birdəfəlik tibbi maska olub.
Sifariş etdiyi yeməyi evə gətirən Laura Arber qızı Maddinin “fast food”u yedikdən sonra boğulduğunu və öskürdüyünü görüb. Bu zaman o, əlini uşağın boğazına salıb və oradan mavi maska qalığı çıxarıb. Sonra o, uşağın əlində qalan toyuq parçasının içində maskanı tapıb.
Restorana gedərək şikayət edəndə iaşə obyektinin rəhbərliyindən bildiriblər ki, bu qidalar başqa yerdə hazırlanır.
Arber jurnalistlərə bu barədə açıqlama verərək bildirib ki, bu cür qidalar baş vermiş hadisədən xəbərsiz olan insanlara satılmaqda davam edir. Onların da başına oxşar hadisə gələ bilər.
Son xəbərlər
- Ağ və açıq rəngli geyimlər ağcaqanadları uzaq saxlayır
- Liflə zəngin 7 qida sağlam həzmin açarıdır – rasionunuza mütləq əlavə edin
- Göyərtiləri bir həftə təzə saxlamağın sadə üsulu açıqlandı
- Adi çörəyi tam taxıllı ilə əvəz etmək sağlamlığa gözlənilməz faydalar verir
- Çiyələk sağlamlıq və gözəlliyin təbii açarıdır – mütəxəssislər gündəlik istifadəni tövsiyə edir
- Kofeni düzgün vaxtda içərək maksimum fayda əldə etmək mümkündür






