Düzgün qidalanmama bütün orqanların içərisində ən çox beyinə mənfi təsir edir. Foodinfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Kornell Universitetinin Nevrologiya və radiologiya kafedrasının dosenti Liza Moskoni bildirib. Onun sözlərinə görə, tərkibində doymuş heyvan yağı olan qidalar ürək-damar xəstəlikləri və koqnitiv problemlər riskini artırır. “Yağlı, şirin qidalar yeyəndə və süstlük, beynin dumanlanması və yuxululuq kimi simptomlarla qarşılaşdıqda bu simptomlar mədədə deyil, beyində meydana gəlir”, - dosent söyləyib. “Bundan əlavə, belə rasion beynin funksional və struktur elementlərinin itirilməsinə səbəb ola bilər və onu qocalma və demansiyaya qarşı daha həssas edir”, - Moskoni deyib. Mənfi təsirlərin qarşısını almaq üçün həkim qidalara antioksidantlarla zəngin məhsullar, o cümlədən C və E vitaminləri, beta-karotin, omeqa-3 yağ turşuları və antiinflamatuar B vitaminləri əlavə etməyi məsləhət görüb.