Məlum olduğu kimi, Prezident İlham Əliyev Şuşanın azad edilməsini elan edəndən sonra Bakı küçələrində əhval-ruhiyyə daha da artıb.  Foodinfo.az xəbər verir ki, vətəndaşlar küçələrə çıxaraq sevinc hisslərini bölüşürlər. Bundan başqa, işaə obyektlərindən biri - “Bəyaz” restoranı maraqlı aksiya həyata keçirib. Belə ki, restoran işçiləri stol-stulu küçəyə çıxararaq süfrə açıb. Restoran sahibi insanlara təmənnasız yemək təklif edir.
Azadlıq prospektində yerləşən həmin məkana musiqiçilər də dəvət edilib.