? Yumurta hər bir ailənin gündəlik istehlak etdiyi ərzaq məhsullarındandır.  Foodinfo.az xəbər verir ki, AQTİ evə gətirdikdən sonra mətbəxdə yumurtadan istifadə etdikdə aşağıdakılara diqqət edilməli olduğunu bildirib? ? Yumurta çiy və ya yarıbişmiş halda istehlak edilməməlidir ? Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz və ləkəsiz olmalıdır ? Yumurtanın sarısı yığcam, rəngi açıq-sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır ❗ Sarısı və ağı qismən qarışmış, kənar qoxuya malik, bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır