Gündə cəmi on dəqiqə məşq etmək beyin fəaliyyətinə faydalı təsir göstərir, əhval-ruhiyyəni yaxşılaşdırır və idrak qabiliyyətlərini artırır.

Foodinfo.az aztibb.az-a istinadən xəbər verir ki, bu barədə London Kral Kollecinin professoru, fizioterapevt və psixi sağlamlıq üzrə tədqiqatçı Brandon Stubbsa bildirib.

O, qeyd edib ki, əhval-ruhiyyəyə təsir məşq zamanı ifraz olunan endorfinlərlə bağlıdır və konsentrasiyanın yaxşılaşması prefrontal korteksin stimullaşdırılmasının nəticəsidir.

Bundan əlavə, idman narahatlıq səviyyəsini azaldır. Ffiziki fəaliyyət beynin emosional emaldan və xatirələrin saxlanmasından məsul olan hissəsi olan hipokampı bərpa etmək üçün yaxşı bir yoldur.

“Psixi pozğunluqlar - depressiya, demans, ümumi narahatlıq idman zamanı azalır. On dəqiqəlik məşq beynin bu sahəsini stimullaşdırır və zaman keçdikcə real müsbət dəyişikliklərə səbəb ola bilər", - deyə ekspert vurğulayıb.