"Qida məhsullarına veriləcək sertifikatların tariflərinin müəyyən edilməsi üçün sənədlər müvafiq quruma göndərilib". Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, Tarif Şurasının təsdiq edəcəyi rüsumlar da məhz "ASAN Xidmət"də ödəniləcək. Agentlik sədri qeyd edib ki, iyulun 1-dən qida məhsullarının qeydiyyatı başlayacaq: "Qida zəncirinin bütün mərhələlərini əhatə edəcək subyektlər bura daxil ediləcək. ("Report")