Hipertoniyanın (qan təzyiqi) inkişafını 10-30 il gecikdirmək üçün bədən çəkisini normallaşdırmaq, idmanla məşğul olmaq, siqaret və alkoqoldan imtina etmək lazımdır. Foodinfo.az bildirir ki, hipertoniya üçün risk faktorları artıq çəki, oturaq həyat tərzi, stress və həddindən artıq duzdur.
Əgər yüksək təzyiq ilk dəfə qeydə alınırsa, həkimə müraciət etmək lazımdır. Arterial hipertansiyonun ilk mərhələsi 80-85-dən çox 130-140 təzyiq ola bilər. Dərman istifadə etmədən bu göstəriciləri azaltmaq olduqca mümkündür. Məsələn, isti vanna qəbul etmək və ya təmiz havada gəzmək xeyirlidir.
Fərid