Latviyada avtomobillərə “Mən rusam” yazan şəxslər cərimələyənəcək.

Foodinfo.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Belə ki, Latviya polisi avtomobil sahiblərini “Mən rusam” stikerlərinə görə cərimə tədbiri görməyi planlaşdırır.

Belə yazıları olan avtomobillərin sahiblərindən onları dərhal yığışdırmaq tələb olunacaq və onlar inzibati məsuliyyətə cəlb oluna bilər.

Bundan əvvəl Latviya dövləti ölkədə yaşayan 3 mindən çox Rusiya vətəndaşının yaşayış icazəsini yeniləmək üçün latış dilindən imtahan verməli olduğunu bəyan edib. İmtahandan keçməyən ruslar ölkədən çıxarılacaq.