Yaşlı insanların beyni üzərində texnologiyanın təsiri ilə bağlı stereotiplər yenidən nəzərdən keçirilib. Foodinfo.az Nature Human Behaviour jurnalına istinadla xəbər verir ki, 57 tədqiqatın meta-analizi göstərib ki, kompüter, smartfon və internetdən aktiv istifadə edən 50 yaşdan yuxarı insanlarda demensiya və yüngül qavrayış pozuntularının riski 58% azalıb.

Tədqiqatın aparıcı müəllifi Cared Benc bildirib ki, texnologiya ilə mütəmadi əlaqədə olan yaşlı insanlarda demensiya və yüngül qavrayış pozuntuları daha az rast gəlinir, onların kognitiv göstəriciləri isə daha yüksək olur.

Alimlər texnologiyanın faydasını üç əsas prinsipə bağlayırlar:

  1. Çətinlik: Yeni proqramları öyrənmək, texniki problemləri həll etmək və internetdə aktiv məlumat axtarışı beyin üçün əla məşqdir. Televizorun passiv izlənməsi isə demensiya riskini artırır.

  2. Əlaqə: Videob zənglər, mesajlaşma və elektron poçt sosial aktivliyi qoruyur, tənhalıq və sosial izolyasiyanın riskini azaldır.

  3. Kompensator davranış: Smartfon və kompüter rutin işləri (xatırlatmalar, naviqasiya) öz üzərinə götürür, beynin daha mürəkkəb və faydalı fəaliyyətə fokuslanmasına imkan yaradır.

Ekspertlər qeyd edir ki, texnologiyadan həddindən artıq istifadə fiziki aktivlik və canlı ünsiyyəti əvəz etməməlidir, əks halda müsbət təsir azalır.